Bakıda şagird müəllimi döydübackend

Bakıda şagird müəllimi döydü

Bakının Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagird müəllimi döyərək xəsarət yetirib.

KONKRET.az-ın məlumatına görə, hadisə aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə baş verib.

2005-ci il təvəlüldlü şagird M.K. xuliqanlıq zəminində müəllimi döyərək ona xəsarət yetirib.

Müəllim xəstəxanaya müraciət etməsə də, faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı məktəbdən verilən açıqlamaya görə, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb.

Dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib.

Məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*