Bakıda ŞANTAJ: Sərxoş vəziyyətdə çəkilmiş videosuna görə  24 500 manatını aldılarbackend

Bakıda ŞANTAJ: Sərxoş vəziyyətdə çəkilmiş videosuna görə 24 500 manatını aldılar

Bakının Nəsimi rayonunda dələduzluq hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Ağdam rayon sakini M. Elməddinov Nəsimi Rayon 19-cu Polis Şöbəsinə müraciət edərək ondan hədə-qorxu ilə 24 500 manat pul alındığını bildirib.

Şikayətə görə, Ağcəbədi rayon sakini Nərmin Şirinova M.Elməddinovu yaşadığı evin qarşısında sərxoş vəziyyətdə çəkilmiş videogörüntülərini yaymaqla hədələyib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır./Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*