Bakıda soyğunçuluq edən şəxsi polis saxladıbackend

Bakıda soyğunçuluq edən şəxsi polis saxladı

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə vətəndaş polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*