Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İlham Xanlarovun cinayət işi üzrə məhkəmə başlayır.
KONKRET.az xəbər verir ki, cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, 19 yaşlı İ.Xanlarov şəxsi münasibətlər zəminində Sübhan Cəfərovu qətlə yetirib.
İ.Xanlarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.