Bakıda tədris mərkəzindən oğurluq edildibackend

Bakıda tədris mərkəzindən oğurluq edildi

Nəsimi rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.

KONKRET.az xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*