“İran ordusu döyüşə hazır vəziyyətdədir” – Mürtəza Qurbanibackend

“İran ordusu döyüşə hazır vəziyyətdədir” - Mürtəza Qurbani

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətindədir.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani deyib.

O bildirib ki, ABŞ və İsrailin hər hansı təcavüzünə layiqli cavab veriləcək:

“Bölmələr hazırdır. Hər hansı bir təcavüz baş verərsə, onlar onu (İsraili nəzərdə tutur – red.) yerlə-yeksan edəcəklər”.

Qeyd edək ki, dekabrın sonunda İranın müxtəlif şəhərlərində güclü inflyasiya səbəbindən kütləvi etirazlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*