Bakıda tıxac artır – Nə etmək lazımdır? backend

Bakıda tıxac artır - Nə etmək lazımdır? 

“Bakıda 2 günlük vəziyyəti gördükdən sonra (yollar tıxac, metrolarda insan seli və s.) həqiqətən də şəhər yükünün azaldılması istiqamətində təcili və təxirəsalımaz işlər görülməlidir”.

KONKRET.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

O bildirib ki, ilk növbədə paytaxt köçürülməlidir:

“Bundan əlavə regionlarda yeni iş yerləri açılmalıdır. Paytaxtdakı universitetlərin plan yerləri azaldılmalı, bölgələrdə yeni universitetlər yaradılmalı və mövcud universitetlərdə plan yerləri artırılmalıdır. Paytaxt üçün Gəncə, Şamaxı və Sumqayıtı düşünmək olar. Gələcək üçün isə Ağdamı, Şamaxı, Şəki və Laçında dövlət universiteti yaradılmalıdır. Bölgələrimizdə əhalinin dolanışıq vəziyyətini yaxşılaşdırmaq üçün hazırda Bakıda olan bəzi sənaye sahələrinin köçürülməsi yaxşı olar”.

Aygün,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*