Bakıda toz dumanı müşahidə olunurbackend

Bakıda toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır. Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*