Bakıda yanğın hadisəsi qeydə alındıbackend

Bakıda yanğın hadisəsi qeydə alındı

Bakının Xətai rayonunda, M. Hadi küçəsi, bina 107, 4-cü blokun 9-cu mərtəbəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın zamanı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 yanğınsöndürən maşını cəlb olunub.

İlkin məlumata görə, yanğın ev sahiblərinin səhlənkarlığı ucbatından baş verib. Belə ki, mənzil sahibləri evi tərk edərkən,kondisioneri işlək vəziyyətdə qoyublar. Nəticədə kondisionerin nasazlığı nəticəsində yanğın baş verib.

FHN əməkdaşları hadisə yerinə vaxtında çataraq yanğının böyüməsinin qarşısını alıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*