Bakıda yanğın olan məktəbdə dərslər hansı formada keçiriləcək? – RƏSMİbackend

Bakıda yanğın olan məktəbdə dərslər hansı formada keçiriləcək? - RƏSMİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş verən yanğınla bağlı açıqlama yayıb. 

Qurumdan KONKRET.az-a verilən məlumata görə, yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib:

“Yanğın məktəbin ikinci mərtəbəsində qeydə alınıb. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.

Qeyd edilib ki, bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*