Bakıda yaşayış binasında yanğın, 10 nəfər təxliyə edildibackend

Bakıda yaşayış binasında yanğın, 10 nəfər təxliyə edildi

Bakı şəhərinin Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin 1 otağında 2 ədəd kreslo yanıb.

“Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*