Bakıda yeni parklanma yerləri yaradıldıbackend

Bakıda yeni parklanma yerləri yaradıldı

Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.

Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*