Bakıda yol infrastrukturunun yenilənməsi həm də COP29-a hazırlıqdırbackend

Bakıda yol infrastrukturunun yenilənməsi həm də COP29-a hazırlıqdır

Məlum olduğu kimi, noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Ölkəmizdə sözügedən tədbirə hazırlıqlar gedir. Bakı şəhərində yol infrastrukturunun yenilənməsi də bu qəbildəndir.

COP29 tədbirinin baş tutduğu günlərdə avtobus zolaqlarından həmçinin şəhərimizin qonaqları, rəsmilər istifadə edəcək. Yəni əslində bu zolaqlar həm də COP29 üçün də bir hazırlıqdır.

Yol təhcizatının yenilənməsinin isə bir neçə üstünlüyü var.

Nəqliyyat axınının tənzimlənməsi

Yol infrastrukturunun yenilənməsi nəqliyyat vasitələrinin hərəkətinə də müsbət mənada təsir edir. Tənzimlənmiş nəqliyyat axını yolda tıxacların yaranmasının qarşısını alır, bu da hərəkətin intensivliyini asanlaşdırır. Daha səmərəli hərəkət yanacaq istehlakını azaldır, bu isə ətraf mühiti qorumağa daha da kömək edir. Nəqliyyat axınının düzgün tənzimlənməsi qəza riskini azaldır, sürücülərin və piyadaların təhlükəsizliyini artırır.

İctimai nəqliyyatın təşviqi

Xüsusi zolaqların yaradılması ictimai nəqliyyat növlərinin istifadəsini artırır. İctimai nəqliyyatın daha geniş istifadəsi, şəxsi avtomobillərin sayını azaldır və tıxacların qarşısını alır.

Qeyd olunmayan bir çox məqamlar nəinki nəqliyyat infrastrukturuna öz təsirini göstərir, həmçinin digər sahələrin inkişafına səbəb olur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*