Bakıda yol qəzaları ən çox bu ərazilərdə olub – RƏSMİbackend

Bakıda yol qəzaları ən çox bu ərazilərdə olub - RƏSMİ

Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov KONKRET.az-a bildirib ki, ötən gündən indiyə qədər ən çox yol qəzası paytaxtın yüksək ərazilərində baş verib:

“Yol-nəqliyyat hadisələri əsasən Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, “Şamaxı yol” istiqaməti, “20 Yanvar” metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tiflis prospektləri, Günəşli qəsəbəsi, Suraxanı rayonu və Yasamal rayonu ərazilərində baş verib. Ən çox yol qəzaları isə Yasamal rayonu və Günəşli qəsəbəsi ərazisində olub. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir”.

V. Əsədov bildirib ki, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.

Xatırladaq ki, ötən gündən indiyə qədər qarlı hava şəraiti ilə bağlı Bakı şəhəri ərazisində 41 yol qəzası baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*