“Bakının açıqlamaları ilk və yeganə dəlil deyil” – Qriqor Atanesyanbackend

"Bakının açıqlamaları ilk və yeganə dəlil deyil" - Qriqor Atanesyan

“BBC Nyus Ukrayna” (BBC News Украiна) Qarabağda ikinci müharibə zamanı “İsgəndər” raket komplekslərinin tətbiqi mövzusunda məqalə hazırlayıb.

KONKRET.az Report-a istinadla həmin məqaləni təqdim edir:

Azərbaycan bildirir ki, Qarabağda Rusiyanın “İsgəndər” raketlərinin qalıqlarını aşkarlayıb.

Moskvada isə inad edirlər ki, bu silah son müharibədə istifadə olunmayıb.

Şuşada iki raket

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) cümə günü Bakıda iki raketin qalıqlarını nümayiş etdirdi. İddia edilir ki, bunlar Şuşa şəhərində 15 martda minalardan təmizləmə zamanı aşkar edilmiş “İsgəndər” raketlərinin qalıqlarıdır.

ANAMA nümayəndəsi raketlərin qalıqlarının şəklini göstərdi. Onun sözlərinə görə, indi mütəxəssislər onların modifikasiyasını dəqiqləşdirirlər.

“Qırıntılar bir-birindən 780 metr məsafədə idi. Bu yaxınlarda aparılan araşdırma göstərdi ki, Şuşa şəhərinə tərəf “İsgəndər-M” raketi buraxılıb”, – ANAMA-nın Operativ Qərargahının rəhbəri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, raketin (9M723) nişan nömrəsinin yoxlanılmasının gedişatında müəyyən edilib ki, qalıqlar “İsgəndər” raket kompleksinə aiddir.

Qeyd edək ki, Şuşa şəhəri ən əhəmiyyətli strateji məntəqədir.

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan isə bu xəbərləri şərh etməkdən imtina edib: “Heç nə deyə bilmirəm, çünki informasiya açıqlana bilməz”.

Kremlin nümayəndəsi Dmitri Peskov Bakının bəyanatlarını şərh edərək, yenidən bildirib ki, Qarabağ münaqişəsində “İsgəndər” raket kompleksləri tətbiq edilməyib.

“Mənim bildiyimə görə, bu, yeni informasiyadır”, – o jurnalistlərə deyib.

Azərbaycan mediası həmçinin diqqəti nişanlamaya əsasən buraxılmış raketlərin ixracat variantı olmamasına – yəni onların Rusiya hərbçiləri tərəfindən istifadə üçün nəzərdə tutulmasına cəlb edib.

İdris İsmayılov eyni zamanda bildirib ki, raketlərin dəqiq modelləri hələ dəqiqləşdirilir.

Dmitri Peskov cavabında “İsgəndər”lərin istifadəsi ilə bağlı jurnalistlərə xatırlatma edib: “Siz “İsgəndər”lərin tarixini xatırlayırsınız ki, onlar münaqişə zamanı tətbiq edilmirdilər və bu təsdiqlənib”.

Söhbət Ermənistanın siyasi böhranını kəskinləşdirən və növbədənkənar seçkilərin elan olunmasına gətirib çıxaran qalmaqaldan gedir.

Ermənistanın Baş naziri Nikol Paşinyan həmin vaxt bildirib ki, Qarabağda döyüş əməliyyatlarının gedişatında “İsgəndər” raketləri partlamayıb və ya atılan raketlərin yalnız 10%-i partlayıb. O, bununla sabiq prezident Serj Sərkisyanın erməni hərbçilərin döyüş əməliyyatlarının lap əvvəlində “İsgəndər” raketlərinin tətbiq edə bilməsi barədə iddiasına cavab verib (Sərkisyan fevral ayındakı müsahibəsində “İsgəndər”lərin müharibənin əvvəlində deyil, sonunda tətbiq edildiyini açıqlamışdı – red.).

Paşinyan administrasiyası nəticədə onun iddiasını səhv adlandırıb və izah edib ki, baş nazirə yanlış məlumat veriblər.

Dmitri Peskovdan həmçinin Kremlin qırıntıları aşkarlanan “İsdəndər” raketinin hardan çıxması barədə soruşulub.

“Yox, biz bu barədə informasiyaya malik deyilik”, – Kremlin nümayəndəsi deyib.

Rusiya Müdafiə Nazirliyi hələ fevralda bildirirdi ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raket kompleksindən istifadə olunmayıb.

“Bizdə təsdiq edilmiş obyektiv və səhih məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişatında bu tip raket komplekslərinin heç biri tətbiq edilmirdi”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.

Fevralda Rusiya hərbçiləri bildirirdilər ki, raketlərin bütün döyüş sursatı Ermənistanın silahlı qüvvələrinin anbarındadır. Qeyd olunur ki, Ermənistan Rusiyadan “İsgəndər” operativ-taktik raket kompleksinin ixracat variantını (yəni “E” – red.) alıb.

Bir az əvvəl Qarabağda olmuş ukraynalı şərhçi Roman Boçkala qeyd edib ki, aşkar edilmiş raketlər böyük qalmaqal yarada bilər, axı Şuşaya atılan raket “Rusiyanın əl işinə oxşayır”.

“BBC Nyus”un müxbiri Qriqor Atanesyan:

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin təqdim etdiyi yeni məlumatlar Rusiya Müdafiə Nazirliyinin Ermənistan tərəfindən “İsgəndər” raketindən istifadəsi faktını təkzib edən bəyanatları ilə ziddiyyət təşkil edir.

Ancaq Bakının açıqlamaları bu komplekslərin Ermənistan tərəfindən istifadəsinə dair ilk və yeganə dəlil deyil.

Onların tətbiqinin izləri müharibənin son günlərində ortaya çıxdı.

Noyabrın 9-da, Azərbaycan, Ermənistan və Rusiyanın liderləri tərəfindən atəşin dayandırılması haqqında sazişin imzalamasından bir neçə saat əvvəl sosial şəbəkələrdə erməni əsgərlərinin raket kompleksini işə salmaları, 41 saniyə fərqi ilə iki raket buraxmaları fonunda video yayılıb.

Yerli jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında belə sürətli raketlərin buraxılışı üşün yeganə sistemdir.

Bundan başqa, hələ noyabrda Ermənistan hökumətindəki mənbə “BBC Nyus”a müharibənin son günlərində “İsgəndər”lərin istifadəsindən danışırdı. Erməni ordusunun general-polkovniki Movses Akopyan sübutlar vermədən bu operativ-taktik raketlərin tətbiqi haqqında danışırdı.

Bu mövzu fevralın sonunadək – Nikol Paşinyanın müharibə zamanı istifadə edilən Rusiya “İsgəndər” komplekslərinin raketlərinin cəmi 10%-nin partladığını söyləyənə qədər hərbi ekspertlərin maraq zonasında qaldı.

Bu sözlər Moskvada qəzəb doğurdu. Tezliklə Rusiya Müdafiə Nazirliyində bildirdilər ki, Qarabağda “İsgəndər” raketləri tətbiq edilmirdi. Kreml Paşinyanın yanlış fikirdə olduğunu iddia etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*