Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. Belə ki, illərdir fəaliyyət göstərən məişət avadanlıqları, santexnika malları satılan dükanlar fəaliyyətini dayandırır. Həmin obyektlərin üzərində “Kirayəyə verilir”, “İcarəyə verilir” sözləri yazılıb. Xəzər TV-nin hazırladığı reportajda sahibkarlar xüsusilə son iki ay ərzində mağazanı bağlayanların artdığını qeyd edirlər.
Bundan başqa Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrində də eyni mənzərədir. Obyektlər bağlanır, üzərinə “İcarəyə verilir” sözləri yazılır. Bunun bir səbəbi kimi alıcılıq qabiliyyətinin aşağı olması göstərilir. Digər səbəb isə küçələrdə parklama məsələsi qeyd edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni parklama siyasətinin özəl sektora ciddi zərbə vurduğu deyilir.
AYNA-dan verilən məlumata görə, onlar tərəfindən Həsən Əliyev küçəsində ASAN Xidmət mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub.
Sitat: “Küçənin digər hissələrində hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir”.
Doğrudanmı obyektlərin bağlanması parklanma məsələsi ilə əlaqədardır?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirovun fikrincə, bu məsələdə bir deyil, bir neçə faktor rol oynayır.
Eldəniz Əmirov
O deyib ki, həmin ərazidə tikinti işlərinin aparılmasını istisna etmir:
“Burada parklanma məsələsi də yer alır. Eyni zamanda hesab edirəm ki, məhz sözügedən ərazidə müəyyən tikinti işlərinin aparılması, yeni yolun çəkilməsi kimi məsələlər var ki, onlar da bu yol üzərində olan dükanların fəaliyyətinə öz təsirini göstərir. Əgər müxtəlif yerlərdə oxşar vəziyyət yaransa, bunu birbaşa dayanacaq faktoru ilə əlaqələndirmək olar. Amma bir marşrut istiqaməti üzrə yerləşən ərazilərdə bu problem yaşanırsa, artıq bu, burada digər faktorların da rol oynadığını göstərir”.
Xatırladaq ki, AYNA-nın yeni parklama siyasəti tətbiq ediləndən sonra yol kənarlarında yerləşən dükanlar, apteklər, restoranla, digər iaşə obyektləri ciddi zərərə düşüb. Həmin obyektləri işlədən ticarətçilər deyirlər ki, maşını saxlayıb dükandan nəsə almaq istəyən şəxslər yüksək məbləğdə cərimələnir. Həmçinin avtobus və velosiped yollarının təyin edilməsi də bu prosesə mənfi təsir göstərir.
Dayanma durma Nişani ve Parklanma elbette ki