Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Qaradağ rayonundakı ekoloji vəziyyətlə (Binə ticarət mərkəzinin yerləşdiyi ərazi) ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, ekspert sözügedən ərazidə qrunt sularının çoxalmasının təhlükəli vəziyyət yaratdığını deyib:
“Uzaqdan görünən Binə ticarət mərkəzidir. Ticarət mərkəzinin sağ və sol tərəfindən qrunt suları o dərəcədə artıb ki, ciddi tədbir görülməsə, bu gedişlə ərazi su altında qala bilər. Ərazi dəniz səviyyəsindən nisbətən aşağı olduğuna görə dəniz suyunun azalması bu tip yerlərdə qrunt sularının artmasına səbəb olur. Fonda görünən ərazi isə Xəzər dənizidir”.
Ekspert əlavə edib ki, qrunt sularının artmasının qarşısı vaxtında alınmasa, ərazidəki (fotonun sağ tərəfində görünən) kompleks binalarda da gələcəkdə ciddi problemlər yaşana bilər.
Binə ticarət mərkəzini bu bəladan qurtara bilərəm.
Ərazi dəniz səviyyəsindən nisbətən aşağı olduğuna görə dəniz suyunun azalması bu tip yerlərdə qrunt sularının artmasına səbəb olur. Məntiq yoxdur. Dəniz suyu azalarsa əksinə qrunt suları birləşmiş qablar qanunu prinsipinə uyğun olaraq dəniz tərəfə süzüləcək.
Suyun altında qala bilər,yoxsa suyun içində
Suyun altında qala bilər,yoxsa suyun içində ?