Bakının bu ərazisində 3 gündür istilik yoxdurbackend

Bakının bu ərazisində 3 gündür istilik yoxdur

Nizami rayonu Rüstəm Rüstəmov küçəsində artıq üç gündür ki, istilik yoxdur.

KONKRET.az “Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı orada yaşayan sakinlər verib.

Şikayətçilərin sözlərinə görə, nə “Azəristiliktəchizat” ASC-nin, nə də qazanxananın qəbuluna düşmək mümkün deyil.

Qazanxana işçiləri dünən axşam üçün istiliyin təmin olunacağını bildirsələr də, hələ də problem həllini tapmayıb. Bu gün isə gün ərzində məntəqədə heç kəs olmayıb. 

Əlaqə telefonlarına isə zəng çatmır. Qaynar xəttə isə düşmək ümumiyyətlə mümkün deyil. Balansdan vəsait çıxılır, lakin cavab verən olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*