Bakının bu ərazisində istilik təchizatı kəsildibackend

Bakının bu ərazisində istilik təchizatı kəsildi

Bakının Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında müvəqqəti fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bu haqda “Azəristiliktəchizat” ASC məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin ərazini istilik enerjisi ilə təchiz edən magistral xətdə qəza baş verməsidir.

Qəzanın operativ aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, bütün lazımi tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*