Bakının bu məktəbində yoluxma qeydə alındı – SİNİF BAĞLANDIbackend

Bakının bu məktəbində yoluxma qeydə alındı - SİNİF BAĞLANDI

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir

“Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır”, – sorğunun cavabında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*