Bakının erməni-bolşevik işğalından azad olunması münasibətilə yürüş keçirildi – VİDEObackend

Bakının erməni-bolşevik işğalından azad olunması münasibətilə yürüş keçirildi - VİDEO

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş keçirilib.

KONKRET.az xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb.

Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.

Yürüş 28 may küçəsi – Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam edib.

Qeyd edək ki, Bakının azad olunmasının 103 illiyi münasibətilə keçirilən yürüşlə bağlı paytaxtın bir neçə istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Birinci marşrut Şəhidlər xiyabanı – Türk şəhid abidəsini önü, Mehdi Hüseyn küçəsi, Lermontov, Niyazi, Qoşa Qala Qapısı, Əziz Əliyev, Neftçilər prospekti, Bəhram Gur heykəli, 2-ci marşurut üzrə S,Vurğun bağı – 28 may küçəsi – Bülbül prospekti – Neftçilər prospekti – Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

Xatırladaq ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*