Bakının İrəvana sülh şərti – barışıq qapısı bu tarixdə bağlanacaq!backend

Bakının İrəvana sülh şərti - barışıq qapısı bu tarixdə bağlanacaq!

Azərbaycanın Ermənistana sülh çağırışları davam edir. Son olaraq bunu Prezident İlham Əliyev Ağdama srağagünkü səfəri zamanı bir daha bəyan elədi. Bildirdi ki, Bakı İrəvanla sülh müqaviləsi imzalamağa hazırdır. Dövlət başçısı İrəvanın yerinə yetirməli olduğu əsas şərti də xatırlatdı.

Sitat: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır”.

İlham Əliyev eyni zamanda ikinci ildir sülh sənədinin imzalanmasını hər cür bəhanə ilə ləngitməyə çalışan, “bəlkə də qaytardılar” illüziyası ilə yaşayan erməni tərəfinə növbəti dəfə xəbərdarlıq edib: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində işlərimiz Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

*****

Yada salaq ki, Azərbaycan eyni məzmunlu sülh təkliflərini və xəbərdarlıqları 44 günlük müharibədən əvvəl, həm də dəfələrlə edib. Yəni bu təkcə güclü və qalib ölkənin barışıq çağırışı deyil, daima ədalətin tərəfində dayanan bir tərəfin həmişəki prinsipial mövqeyidir və belə də olacaq. Çünki Azərbaycan xalqı və dövlətinin kimsənin torpağında gözü yoxdur, olmayıb. Hərgah, hamı bilir ki, indiki Ermənistan tarixi və qədim Türk yurdunda təşəkkül tapıb və etnik təmizlənmə aparılaraq monoetnik dövlətə çevrilib.

Azərbaycandakı siyasi partiyalardan Baydenə-ETİRAZ – EtikXəbər

Bununla belə, Azərbaycan qardaş Türkiyə ilə birgə sülhpərvər siyasətinə sadiqdir, İrəvan üçün barışıq qapısını hələ ki açıq saxlayır. Təəssüf ki, bir sıra erməni siyasi çevrələrində, deyəsən, bunu yanlış anlamağa, hətta rəsmi Bakının zəifliyi və özlərinin təzədən hərbi cəhətcə toparlanmaq fürsəti kimi yozmağa başlayıblar. Təhlükəli gözləntidir. Ona görə ki, Azərbaycan lideri zaman-zaman xəbərdarlıq edib və edir ki, əgər Ermənistanda ölkəmizə, xalqımıza qarşı təzədən təhlükə baş qaldırsa, revanşistlər fəallaşsa, dərhal və yerindəcə məhv ediləcəklər. Buna kimsənin şübhəsi olmasın.

Əfsus ki, rəsmi İrəvanın sülh ritorikası ikibaşlı olaraq qalır. Paşinyan hökuməti bir yandan sülhün və qonşularla barışığın vacibliyindən danışırsa, digər yandan bölgədə sülhü və uzunmüddətli barışığı mümkünsüz edən mövqe sərgiləyir: Azərbaycanla sülh müqaviləsini aparıb “artsax məsələsi”nin “həlli”nə bağlayır, mifik “Dağlıq Qarabağ xalqı” üçün “öz müqəddəratını təyinetmə” prinsipini tanımağı şərt kimi irəli sürür.

Eləcə də Türkiyə münasibətlərin normallaşması üçün rəsmi İrəvan ənənəvi anormal, destruktiv yanaşmasını   davam etdirir. İrəvan rəsmiləri az qala, hər gün bəyan edirlər ki, sərhədlər heç bir ön şərt irəli sürülmədən açılmalıdır. Yəni belə çıxır, ikitərəfli münasibətlər düzələndən, diplomatik əlaqələr qurulandan sonra da Ermənistan qardaş ölkəyə qarşı ərazi və “soyqırım” iddialarına davam edəcək. Hansı iddialar ki, məğlub ölkənin hazırkı konstitusiyasında və hətta gerbində əksini tapıb.

Əgər qonşu qonşunun ərazisinə haqsız yerə göz tikibsə, üstəlik, qonşunu “qatil” hesab edərək ondan böyük təzminat tələb edirsə, onların arasında necə normal münasibətlər qurula bilər? Demək, Ankara-İrəvan ikitərəfli danışıqlarının hansısa mərhələsində mütləq bu məsələ gündəmə gələcək. Əks təqdirdə, danışıqların anlamı qalmayacaq.

*****

Böyük sülhü əngəlləyən əsas problem də Bakı və Ankara ilə yox, məhz İrəvanla bağlıdır, onun barışıq haqda yanlış təsəvvürü və illüziyası ilə əlaqədardır. Ermənistanın arzuladığı “sülhü” isə heç kim ona verməyəcək. Ta o vaxtadək ki, beynəlxalq hüquqa hörmət eləməyi, qonşularla dinc-yanaşı yaşamağı öyrənəcək. İmkanları ilə xəyal və arzuları arasında böyük uçurumun olduğunu anlayacaq. Erməni xalqına yalnız bəlalar gətirən, böyük güclərin əlində Türkiyəyə qarşı alət rolu oynayan saxta “erməni soyqırımı” iddiasından birdəfəlik imtina edəcək.

Paşinyan qədər onu hakimiyyətə gətirən Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır - TƏHLİL

Bədxah qonşular üçün çətin olacaq, hətta havalanma dərəcəsində çətin, ağrılı olacaq. Ancaq erməni xalqının, Ermənistanın başqa yolu varmı? Xeyr. Təəssüf ki, bunu anlayanlar hələ ki azlıqdadır. Erməni əsilli tanınmış ukraynalı tarixçi alim Filip Ekozyants kimi.

“Ötən əsrin 40-cı illərində ”soyqırım”ın qurbanı olduğumuz barədə bizə məlumat verilən andan biz normal insan həyatı yaşamağı tərgitmişik. Çünki o andan biz həyatımızı “soyqırım”ın tanınmasına həsr etdik. Biz sanki bu sözə yapışıb qalmışıq və bu söz bizi özü ilə hər yerə sürükləyir. Tarix qan, qada, göz yaşı ilə doludur. Amma əgər başqa xalqlar öz kədərli keçmişlərindən çoxdan çıxıblarsa, biz, əksinə, onun daha dərininə yuvarlanırıq”.

Erməni tarixçi erməni tarixini ifşa etdi - Video

Filip Ekozyants

KONKRET.az-ın məlumatına görə, bunu o, Caliber.az-a müsahibəsində deyib.

Ekozyantsın sözlərinə görə, erməni tarixçilərinin guya soyqırımın baş verdiyini dünyaya sübut etmək üçün gətirdikləri faktlar çox vaxt fakt deyil: “Bəli, insanlar öldü. Ermənilər türklərin, türklər ermənilərin, türklər və ermənilər kürdlərin əlindən öldü və s. Amma qarşımıza məqsəd qoysaq ki, bu fəlakətin səbəbini tapaq, o zaman biz Osmanlı dövlətinin dağıdılmasında iştirak etmiş, 1-ci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasının düşmənlərinə – Avropa dövlətlərinə işləyən ermənilərin üstünə gəlib çıxacağıq. Və bu bir neçə erməni siyasətçi nəslinin qazanc əldə etməyə çalışdığı qaranlıq bir tarixçədir”, – deyə o qeyd edib.

Tədqiqatçı uydurma məsələ ilə bağlı Ankaranın məlum təklifinə də diqqət çəkib, onu yeganə çıxış yolu saydığını xüsusi vurğulayıb: “Prezident Ərdoğan çox gözəl bir təklif irəli sürdü: gəlin arxivləri açıb məsələni birlikdə araşdıraq. Ankaranın mövqeyi bəllidir: o, həqiqətdən qorxmur. Həqiqətdən o kəslər qorxur ki, bunca yalanlar üyütməyə müvəffəq olublar. Türklər isə 20-ci əsrin əvvəllərində erməni qardaşlarının başına faciənin gəldiyini inkar etmirlər. Və hər il apreldə onlar da yas tuturlar. Bunu yada salırlar, xatırlayırlar. Başqa nə lazımdır? Həlak olmuş slavyanların abidələrinə iyunun 22-də çoxmu almanlar gəlir?..”

*****

Beləcə, erməni tarixçi alim saxta soyqırımı iddiasını darmadağın eləməklə yanaşı, öz xalqını virtual aləmdən real həyata qayıtmağa, gerçək dünyada yaşamağa səsləyib. Bundan ötrü ilk növbədə bu xalqın yanında sözü keçənlərin, Ermənistan hakimiyyəti təmsilçilərinin özləri “göydən yerə enib”, real həyata qayıtmalıdırlar. Həm də qısa zamanda. Əks halda, xəyallar dünyasının daha bir ağrılı zərbəsini yeməli olacaqlar. Daşları ətəkdən tökmək zamanı çatmadımı?../musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*