Yeni tədris ilinin başlaması ilə paytaxt Bakıda kirayə mənzillərə olan tələb kəskin artıb.
KONKRET.az xəbər verir ki, universitetlərə qayıdan tələbələr, eləcə də, iş üçün paytaxta üz tutan insanlar kirayə mənzil axtarışını sürətləndirib. Bu vəziyyət kirayə mənzil bazarında qiymətlərə birbaşa təsir edib.
Xüsusilə şəhərin mərkəzi və təhsil müəssisələrinə yaxın olan ərazilərində kirayə mənzillərin qiymətində ciddi artım müşahidə olunur. Maraqlıdır ki, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov açıqlamasında bildirib ki, kirayə ev bazarında vəziyyət stabilləşməyə doğru gedir:
“Əsas ajiotaj, axın sentyabrın 20-ə kimi olub. Oktyabrın ilk həftəsinə kimi bazarda gərginlik müşahidə ediləcək. Çünki tələbələrin yerdəyişməsi prosesi olacaq. Tutduğu kirayə evi bəyənməyən tələbələr olur, başqa evə köçürlər. Oktyabrın 10-dan sonra hər halda stabilləşmənin olacağını deyə bilərik”./ “Cebheinfo.az”