Bakının mərkəzində dönərxana yandı – VİDEObackend

Bakının mərkəzində dönərxana yandı - VİDEO

Ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın baş verib.

KONKRET.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ərazidə təhlükəsizlik təmin edilməklə yanaşı, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib.

Bununla yanaşı, yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*