Rubinyan: Türkiyə ilə sərhədlər açılırbackend

Rubinyan: Türkiyə ilə sərhədlər açılır

Türkiyə tərəfi Əlican, Ermənistan tərəfində isə Marqara keçid məntəqəsi yenidən açılır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bildirib.

“Gələcək hadisələrlə bağlı, hələlik susmağa icazə verin. Vaxtı çatanda hər şeyi açıqlayacağam. 2022-ci ildən bəri sərhədin üçüncü ölkələr və diplomatik pasport sahibləri üçün açıq olması barədə razılıq var”, – deyə Rubinyan bildirib.

Türkiyə prezidenti Ərdoğanın bu ilin əvvəlində simvolik addımlar atılacağı barədə açıqlamasına gəldikdə isə, o, deyib:

“Bu barədə çox danışmaq istəmirəm, gizlədəcəyim bir şey olduğuna və ya sizə məlumat vermək istəmədiyimə görə deyil, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesindəki təcrübəm göstərir ki, bir şeyin baş verməsini gözləmək və sonra hər şeyi elan etmək daha yaxşıdır. Mən bu cür proseslərə heç bir şəkildə zərər vermək istəmirəm.

Mövqeyimiz həmişə belə olub: sabah sərhədlərin tam açılmasını və diplomatik münasibətlərin qurulmasını istəyirik və bu baxımdan baxışımız dəyişməyib”.

(yeni sabah)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*