İrəvanda Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin inkişafı müsbət qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, hazırda gedən proseslər ümumilikdə pozitiv istiqamətdə irəliləyir və artıq müəyyən nəticələr müşahidə olunur.
“Proseslər müsbət istiqamətdə gedir, biz artıq bəzi nəticələri görürük və gələcəkdə də görəcəyik”, – deyə Rubinyan vurğulayıb.
Ruben Rubinyan qeyd edib ki, Ermənistan üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşma tempi qənaətbəxşdir və rəsmi İrəvanın mövqeləri dəyişməz olaraq qalır. Onun fikrincə, Ermənistan–Türkiyə münasibətlərində əldə olunan irəliləyiş Ermənistan–Azərbaycan prosesinə zərər vurmayacaq, əksinə, buna eni impuls verə bilər.
Sədr müavini əhəmiyyətli irəliləyişlər sırasında 8 avqust tarixində imzalanmış sülh bəyannaməsini, dəmir yolunun qismən blokadadan çıxarılmasını və atılan digər addımları xüsusi qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
