Bakının mərkəzində qızın başına beton parçası düşdübackend

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 23-də saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*