Bakının müraciəti: İrəvan Haaqa Məhkəməsində hansı iddialarla mühakimə olunacaq?backend

Bakının müraciəti: İrəvan Haaqa Məhkəməsində hansı iddialarla mühakimə olunacaq?

Azərbaycanın Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı iki dövlətlərarası arbitaj iddiası təqdim etməsindən sonra erməni mediası və ekspert cameəsi məsələnin detallarını aydınlaşdırmağa çalışır. Ermənistana qarşı hansı iddiaların qaldırıldığı dəqiq açıqlanmır.

KONKRET.az xəbər verir ki, erməni hüquqşünas Siranuş Saakyan iddiaların nədən ibarət olduğu haqda ehtimallar irəli sürüb.

“İddialardan biri Enerji xartiyasına, digəri isə Bern Konvensiyasına əsaslanır. Birinci iddia 27 fevral 2023-cü ildə, ikinci iddia isə 18 yanvar 2023-cü ildə təqdim edilib. Arbitraj iddiaları açıq deyil, lakin şərti olaraq deyə bilərik ki, bunlar enerji resurslarının və təbii sərvətlərin istismarı, eləcə də ətraf mühitinə vurulan zərərlə bağlıdır”, – erməni hüquqşünas iddia edib./Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*