Bakının şərtləri QƏBUL OLUNUR: İran və Rusiyanı ciddi problemlər gözləyirbackend

Bakının şərtləri QƏBUL OLUNUR: İran və Rusiyanı ciddi problemlər gözləyir

ABŞ bütün hallarda münaqişənin güclü tərəfinə arxalanmağa meyillidir.

KONKRET.az xəbər verir ki, bunu politoloq Yervand Bozoyan “Konseptual platforma” verilişində ABŞ-ın Ermənistandakı səfirinin Qarabağla bağlı bəyanatını şərh edərkən deyib.

“Biz birinci Qarabağ müharibəsində qalib gələndə ABŞ bizə diplomatik sahədə möhkəmlənməyə kömək etdi. Niyə? Çünki biz güclü tərəf idik və onlar həmişə güclü tərəfi dəstəkləməyə çalışırlar, bu, onların siyasətinin konsepsiyasıdır”.

Bozoyan deyib ki, ABŞ-ın belə mövqeyi tamamilə başadüşüləndir. Çünki, zəif tərəf əsas amil rolunu oynaya və vəziyyətə təsir göstərə bilmir. Ona görə də güclü tərəflə danışıqlar aparmaq və ümumi dil tapmaq lazım gəlir. Hazırda Azərbaycan ABŞ üçün prioritetdir. Vaşinqton münaqişəni öz maraqlarını nəzərə alaraq həll etməyə çalışacaq.

ABŞ bu şərtlərlə Azərbaycanın Rusiyadan asılılığını azaltmağı və Moskvanı regiondan sıxışdırıb çıxaracağını düşünür. ABŞ-ın planlarına görə, Türkiyənin Cənubi Qafqaz regionuna inteqrasiyası vasitəsilə Rusiya kimi İran üçün də ciddi problemlər yaradacaq şərait formalaşacaq.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*