Bakıya sərnişin daşıyan taksilərdə qiymət artımıbackend

Bakıya sərnişin daşıyan taksilərdə qiymət artımı

Sabah Azərbaycanda yeni tədris ili başlayır. Bu səbəbdən də paytaxtda təhsil alan tələbələr və şagirdlər regionlardan paytaxta qayıdırlar. Paytaxta taksi ilə qayıdan bəzi vətəndaşlar gediş haqqının qalxmasından gileylənirlər.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı taksilərdə qiymətlərə nəzarət olunmadığını bildirib.

“Taksilərdə qiymətlərin süni şəkildə qaldırılması ilk dəfə deyil. Belə ki, hazırda rayonlardan paytaxta qayıdanların sayında artım var. Bu da tezliklə yeni tədris ilinin başlayacağı ilə bağlıdır. Bundan istifadə edən bəzi taksi sürücüləri qiymətləri qaldırırlar. Onlara heç bir qurum nəzarət etmir”, – o deyib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən də taksilərdə vahid tarif tətbiq olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*