“Baktelecom”un rəhbərliyinə yeni TƏYİNAT – FOTObackend

Baktelecom”un rəhbərliyinə yeni TƏYİNAT - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

“Baktelecom”un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*