Balakəndə 2-si “Kalaşnikov” avtomatı olmaqla ümumilikdə 5 odlu silah aşkar edildibackend

Balakəndə 2-si “Kalaşnikov” avtomatı olmaqla ümumilikdə 5 odlu silah aşkar edildi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*