Balakəndə fərdi yaşayış evi yandıbackend

Balakəndə fərdi yaşayış evi yandı

Hadisə ötən axşam rayonun Qazbinə kəndində baş verib.

KONKRET.az-ın məlumatına görə, Şaban Osman oğlu Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan 3 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*