Balakəndə bazar ərazisində baş verən yanğın tam söndürülüb.
KONKRET.az-ın məlumatına görə, yanğın nəticəsində Rasim Teymur oğlu Hüseynova məxsus ümumi sahəsi 25 kv/m olan dərzi atelyesinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanan dərzi atelyeyə bitişik və yaxınlıqdakı digər ticarət obyektləri yanğından müahizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.