Balasanyan: “Paşinyanın 9-cu bəndi yerinə yetirməmək variantı yoxdur”backend

Balasanyan: "Paşinyanın 9-cu bəndi yerinə yetirməmək variantı yoxdur"

“Paşinyanın 2020-ci il noyabrın 9-da imzaladığı bəyanatın 9-cu bəndində bildirilir ki, Zəngəzur dəhlizinə nəzarət ruslara verilmir. Ruslar Ermənistan və Azərbaycan sərhədçilərinin ortasında, neytral zonada dayanacaq. Rusiya Federasiyası baş nazirin müavini Overçuk da belə demişdi. Dəhlizə Ermənistan nəzarət edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni beynəlxalq ekspert Qriqor Balasanyan bildirib.

Onun sözlərinə görə, ruslara konkret hansı funksiyanın verilməli olduğu açıq şəkildə yazılmalı idi. “Məsələn, yazılmışdı ki, ruslar ya kosmosdan, ya da yerin altından, bunkerdən yola nəzarət edəcəklər.

Paşinyan da deyir ki, bəli, yazılıb ki, ruslar duracaq. Amma yazılmayıb ki, orada fiziki dayanacaqlar, və ya yerin altında oturacaqlar, ya da ki, kosmosdan baxacaqlar. Məsələ məhz belədir. Paşinyan deyir ki, 9 noyabr üçtərəfli bəyanatı ilə hər şey ediləcək, problemlər yalnız texniki sahəyə daşınır. Məsələn, ruslar sağ tərəfdə dayanacaq, yoxsa yerin altında? Məncə, Paşinyanın 9 noyabr 9-cu bəndini yerinə yetirməmək variantı yoxdur”, – Qriqor Balasanyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*