Bank kartı olanların diqqətinə: saat 22:00-dan sonra… – Yenilik gündəmdəbackend

Bank kartı olanların diqqətinə: saat 22:00-dan sonra… – Yenilik gündəmdə

Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib. Buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub. Yeni qaydalara əsasən, axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID-çip olmalı, istifadəçinin telefonu isə NFC texnologiyasını dəstəkləməlidir.

Azərbaycanda da banklarla bağlı bu cür qadağa tətbiq edilməlidirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bank sistemlərində oxşar risklər ölkəmizdə də mövcuddur:

“Lakin bu cür qaydaları başqa ölkələrdən birbaşa köçürməkdənsə, onları yerli şəraitə, istifadəçi vərdişlərinə və mövcud infrastruktur səviyyəsinə uyğunlaşdırmaq daha məqsədəuyğundur. Məsələn, riskli hesab olunan əməliyyatlar zamanı, xüsusilə gecə saatlarında və ya fərqli cihazlardan, IP ünvanlarından daxilolma hallarında əlavə şəxsiyyət təsdiqi mərhələsi tətbiq oluna bilər. Bu yanaşma həm vətəndaşların təhlükəsizliyini artırar, həm də gündəlik əməliyyat axınına ciddi əngəl törətməz”.

Eskpert qeyd edib ki, təhlükəsizlik yalnız qadağalar vasitəsilə təmin edilmir:

“Texnologiya inkişaf etdikcə, dələduzlar da daha ağıllı və çevik olur. Buna görə əsas diqqət maarifləndirməyə, süni intellektə əsaslanan təhlükəsizlik sistemlərinin inkişafına və identifikasiya texnologiyalarının geniş tətbiqinə yönəldilməlidir. Burda məqsəd insanlara əlavə çətinlik yaratmaq deyil, əksinə vətəndaşlar maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*