Bütün zamanlarda ermənilər yaşadıqları ərazilərdə yerli əhaliyə qarşı vəhşiliklər törədiblər. Onların xisləti tarix boyu özünü göstərib və imkan düşən kimi sığındıqları ölkələrə xəyanət ediblər. Osmanlı dövlətinə xəyanətləri ilə ermənilərin siması bir daha üzə çıxdı. 20-ci əsrin əvvələrindən azərbaycanlılara qarşı xəyanətləri geniş vüsət almağa başladı. 1988-ci ildə isə erməni xəyanəti özünün kulimnasiya nöqtəsinə çatdı. Ermənilərin xəyanəti təkcə Türkiyə və Azərbaycanla bağlı deyil. Bu toplum, qonşu gürcü xalqına da qənim kəsilib.
KONKRET.az gürcüstanlı jurnalist Vladimir Tsxvedianinin erməni xəyanətinə həsr etdiyi yazını təqdim edir.
“Abxaziyada gedən müharibə zamanı etnik ermənilər separatçıların tərəfində vuruşaraq gürcü əhalisinə qarşı vəhşilikləri ilə seçiliblər. Onların arasında Baqramyan adına bədnam batalyon da var idi. Bu batalyon əsasən Abxaziya erməniləri və Ermənistandan gələn ermənilərdən təşkil olunmuşdu. Onların əksəriyyəti Azərbaycanın Qarabağ bölgəsində vəhşiliklər törədənlər idi. Sonradan məlum oldu ki, həmin batalyonda döyüşənlər ələ keçirdikləri gürcü evlərini qarət ediblər. İndi həmin evlər ermənilərə qalıb və hazırda Rusiyadan gələn turistlərə kirayə verməklə yaxşı pul qazanırlar. Erməni millətçiləri Abxaziyanın azadlığı uğrunda mübarizə apardıqlarını və abxaz xalqının yanında olduqlarını fəxrlə vurğulayırlar. Bu gün separatçı Abxaziyanın iqtisadiyyatı tamamilə etnik ermənilərin əlindədir.
İndi geosiyasi vəziyyət dəyişib və Ermənistanın Rusiyadan uzaqlaşması müşahidə olunur və ermənilər Fransa və ABŞ-ın çaldığıyla oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bir çox ayıq düşüncəli ermənilər başa düşdülər ki, gec-tez bu proses Gürcüstanda da baş verəcək. Hazırda etnik ermənilər separatçı statistikalara baxmayaraq, sayca abxazları üstələyir. Qarabağın işğaldan azad edilməsindən sonra Abxaziyada ermənilərin sayı daha da sürətlə artmağa başlayıb. Qarabağ ermənilərinin Qara dəniz sahillərində məskunlaşması aparılır. Vaxtı ilə gürcülərə qarşı döyüşən erməni batalyonundan olan veteran döyüşçülərin əksəriyyəti Abxaziyanı tərk etməyib. Məsələ burasındadır ki, Abxaziyanın erməni əhalisi abxazlarla gürcülərin barışmasının, Abxaziyanın Gürcüstana birləşdirilməsinin qəti əleyhinədirlər. Onlar artıq başa düşürlər ki, Abxaziyanın Gürcüstana qaytarılması hər an baş verə bilər. Deməli, ermənilər yeni qiyafəyə girməyə hazırlaşırlar. Ona görə də ermənilər guya dinc gürcü əhalisinə qarşı vəhşilik törətmədiklərini, gürcüləri qovmadıqlarını sübut etməyə çalışaraq qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Onlar etnik ermənilərin guya separatçılara qarşı “Gürcüstanın ərazi bütövlüyü uğrunda kütləvi şəkildə döyüşdükləri” haqqında hekayələr uydurmaqla məşğuldurlar.
Bu uydurmanı Ermənistan hökuməti fəal şəkildə dəstəkləyir. 2024-cü il sentyabrın 30-da Tbilisidəki “Amirani” kinoteatrında Ermənistan səfirliyinin dəstəyi ilə erməni rejissorlar Davit Qulikyan və Artur Martirosyanın “Kraliça Şuşanikin batalyonu” sənədli filminin premyerası olub. Film Abxaziyada Gürcüstanın bütövlüyü uğrunda vuruşmuş erməni millətindən olan əsgər və könüllülərə həsr olunub.
1 saat 30 dəqiqəlik filmin təqdimatını Ermənistanın Gürcüstandakı səfirliyi keçirib. Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan çıxışında gürcülərin qonaqpərvərliyindən danışıb: “Qonaqpərvər gürcü torpağının çoxəsrlik tarixində ermənilər həmişə gürcü xalqının yanında olub, onu müdafiə edib”. Daha sonra səfir Gürcüstana sonsuz sevgilərini ifadə edib. Səfir rejissorlara, filmin ideyasını dəstəkləyən hər kəsə, sponsorlara və işə dəstək olanlara təşəkkürünü bildirib.
Ümumiyyətlə, bir çox gürcülər üçün bütöv bir erməni batalyonunun Gürcüstanın bütövlüyü uğrunda vuruşması yenilikdir. 2022-ci ilin sentyabrına qədər “Kraliça Şuşanik batalyonu” haqqında heç bir yerdə məlumat tapa bilmədim. Nə gürcü, nə rus, nə də separatçılara aid olan mənbələrdə bu haqda heç nə yazılmayıb. Hətta İnternetdə və sosial şəbəkələrdə bu “əfsanəvi” batalyonu tapmaq mümkün deyil.
Ancaq adını daşıyan batalyonun vəhşilikləri haqqında yetərli məlumatlar var. Bu batalyonun döyüşçüləri separatçı Abxaziyada hörmətli insanlar hesab olunur. Onlar erməni millətçilərinin fəxri hesab edilir. Separatçı Abxaziyanın ən varlı adamlarından biri Qalust Trapizonyanın İrəvanda geniş biznesi var. O, həm də Qarabağdakı separatçılara dəstək verirdi. Qəribədir, ermənilər hər iki tərəfdən döyüşürdülərsə, daha çox gürcü tərəfdə vuruşurdularsa (Ermənistanın Gürcüstandakı səfirliyi bunu sübut etməyə çalışır), niyə bu qədər müddətdə erməni birləşmələri haqqında heç nə məlum deyil. Niyə “Kraliça Şuşanik batalyonunun” erməni veteranları öz şücaətləri barədə susur? Bu cür təvazökarlıq erməni millətindən olan “qədim döyüşçülərə” heç də yaraşmır. Erməni tarixçiləri iddia edir ki, ermənilərin sayəsində SSRİ Böyük Vətən Müharibəsində, Rusiya İmperiyası isə bütün müharibələrdə qalib gəlib.
Təbii ki, Gürcüstan ordusunda erməni millətindən olan əsgərlər döyüşüb. Osmanlı ordusunda 1914-1918-ci illər Birinci Dünya Müharibəsində Türkiyə ordusunda vuruşan erməni millətindən olan əsgərlər kimi vuruşub. Lakin onların sayı müsəlman əhalinin soyqırımını həyata keçirən daşnak yaraqlıları və terrorçularından qat-qat az idi. Türkofobiyaya qapılan erməni millətçiləri Türkiyəyə sadiq belə erməniləri xatırlamamağa çalışırlar. Uzun müddət Baqramyan yaraqlılarının tərənnümü fonunda Gürcüstan ordusunda xidmət edən azsaylı ermənilər kimi.
Yalnız indi, Abxaziyanın işğaldan azad edilməsi və 1992-1993-cü illər müharibəsi zamanı erməni yaraqlılarının və talançılarının cinayətlərə görə məsuliyyəti məsələsi ortaya çıxanda, həm Ermənistan, həm də erməni diasporu birdən-birə Gürcüstan ordusunun çox az sayda erməni əsgərini “yadına salır”. Hətta utanmadan onlardan bütöv bir “Kraliça Şuşanik batalyonu” da yaradıblar. Uydurma “Kraliça Şuşanik batalyonu” gözlənilmədən 2022-ci ilin sentyabrında informasiya məkanında peyda olur.
“Gürcüstan uğrunda döyüşən ermənilər” haqqında belə bir sənədli filmin yaradılması Ermənistan hökumətinin layihəsidir. Erməni lobbisi də bu işdə maraqlıdır. Onlar başa düşürlər ki, gürcü qaçqınlar geri qayıtsa Abxaziyadakı etnik ermənilər törətdikləri cinayətə görə cavab verəcəklər. Abxaziyadakı ermənilərin gürcü qonşularını qətlə yetirib qovması, evlərinə yiyələnməsini gürcülər unutmayıb. Amma “Baqramyan batalyonun” vəhşiliyindən sağ çıxan, qohumlarını və dostlarını itirən gürcü qaçqınların heç biri son vaxtlara qədər bu batalyon haqqında eşitməmişdi”.
Vəli Həsənoğlu,
KONKRET.az