Baqratın ardınca polkovnik və biznesmen də həbs edildibackend

Baqratın ardınca polkovnik və biznesmen də həbs edildi

Bu gün səhər Ermənistan hüquq-mühafizə orqanları erməni polkovnik Miqran Maqsudyanın İcevan və Əskiparadakı evlərində axtarış aparıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Maqsudyanın oğlu məlumat yayıb.

O bildirib ki, atası saxlanılıb vəı İstintaq Komitəsinə aparılır.

Keçirilən əməliyyat tədbirləri nəticəsində erməni biznesmen Tiqran Qalstyan da saxlanılıb.

Bundan başqa, 44 günlük müharibə zamanı öldürülmüş erməni hərbçisinin atası Ara Rüstəmyanın da evi və avtomobilində axtarışlar aparılıb. Axtarışlardan sonra Rüstəmyan da saxlanılıb.

Qeyd edək ki, bu gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunan Baqrat Qalstanyan saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*