Baqratyan: “Canlı qüvvə itkisini azaltmaq üçün döyüş mövqelərində bunkerlər tikilməlidir”backend

Baqratyan: "Canlı qüvvə itkisini azaltmaq üçün döyüş mövqelərində bunkerlər tikilməlidir"

“Bir neçə addım atılsaydı, Ermənistan 2020-ci ilin müharibəsində qalib gələ bilərdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Azatutyun” partiyasının sədri, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan sentyabrın 19-da jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, “Sərsəng” su anbarı buraxılsaydı, Ağdərə istiqamətində bütün cəbhə xətti su altında qalardı. Amma nədənsə, hökumət belə bir qərar verməyə özündə cəsarət tapmayıb.

Baqratyan hesab edir ki, canlı qüvvə itkisini azaltmaq üçün döyüş mövqelərində bunkerlər tikilməlidir.

“Hər əsgərin yanında 2-3 kiçik dron olmalıdır ki, o, atışmaya başlamazdan əvvəl istifadə etsin. Əlbəttə baş nazir Nikol Paşinyan bütün bunları təmin etmək iqtidarında deyil”, – deyə o əlavə edib.

Baqratyan vurğulayır ki, Ermənistan ballistik raketlər istehsal etmək və onlardan hərbi əməliyyatlar zamanı istifadə etmək imkanına malikdir.

“Ermənistan kapsul istehsalı fabriki tikib. Bütün dünyada cəmi 10-15 ölkənin belə imkanı var. Azərbaycanda belə zavod yoxdur”, – deyən sabiq baş nazir bu müəssisələrin imkanlarından istifadə etməyə çağırıb.

O öz müsahibəsində bildirib ki, “Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Ermənistana qaytarmaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*