Barama təhvil verib pullarını ala bilmirlər: SƏBƏB BUDUR – VACİB AÇIQLAMAbackend

Barama təhvil verib pullarını ala bilmirlər: SƏBƏB BUDUR - VACİB AÇIQLAMA

Azərbaycanda ipəkqurdu yetişdirən bəzi kümçülər barama təhvil versələr də, hələ pullarını ala bilmədiklərini iddia edirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, bu vəziyyət bazarda mövcud olan inhisarçılıqdan qaynaqlanır.

Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

Onun sözlərinə görə, bazarda alternativ alıcı olmadığı üçün müəssisə istədiyi vaxt pulu ödəyir və ya ümumiyyətlə gecikdirir:

“Çünki anlayır ki, kümçü yaş baramanı başqa yerə sata bilmir. Bu səbəbdən də qiyməti aşağı salır, ödənişi isə yubadır. Bütün bunlar inhisarçılığın nəticəsidir.”

Məsələyə münasibət bildirən “Azəripək” MMC-nin nümayəndəsi Teymur Musayev isə KONKRET.az-a açıqlamasında bildirib ki, müəssisənin kümçülərin pulunu ödəməsi ilə bağlı hazırda heç bir problemi yoxdur.

Onun sözlərinə görə, kümçülərin ödəniş alması üçün qanunvericiliyin tələb etdiyi sənədləşmə prosesi yerinə yetirilməlidir:

“Ya vergi qanunvericiliyinə uyğun elektron qaimə göndərilməlidir, ya da Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq forma doldurulmalıdır. Bu prosedurlar həyata keçirildikdən sonra ödəniş edilir.”

Teymur Musayev əlavə edib ki, bununla bağlı bütün rayonlardakı Dövlət Aqrar İnnovasiya Mərkəzlərinə də məlumat xarakterli məktublar göndərilib:

“Kümçülərdən xahiş olunur ki, sənədləşməni düzgün şəkildə aparsınlar və bu halda ödənişlərini alsınlar.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*