Barışıq yeməyi: Qazaxlar münaqişələri necə həll edirlər?backend

Barışıq yeməyi: Qazaxlar münaqişələri necə həll edirlər?

Qazaxıstanda “Okpesut” mübahisə edən bacı-qardaşları və ya digər qohumları barışdırmaq üçün hazırlanmış ritual yeməkdir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, ağsaqqallar küsülüləri qonaq çağırıb yemək üstündə barışdırırlar.

Məlumata görə, yemək quzunun ağciyərindən hazırlanır, içinə ədviyyatlarla təxminən 3-4 litr süd əlavə edilir. Bundan sonra “okpesut” sarğı ilə bağlanır və ocağa qoyulur.

Belə ki, yemək zamanı tərəflər bir-biri ilə danışmağa, daxili narazılıqlarını bildirməyə, həmçinin güzəştə getməyə vaxt tapırlar.

Qaydalara görə, yemək zamanı tərəflər münaqişə edə bilməzlər. Üstəlik, ağsaqqala hörmət etdikləri üçün küsülülər tez barışırlar.

Mənbə: Aygerim Musagajinovanın “Qazax yeməkləri: ənənələr və dad” kitabı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*