Moskvanın mərkəzində güclü yanğın: ölənlər varbackend

Moskvanın mərkəzində güclü yanğın: ölənlər var

Moskvanın mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğın söndürülüb:

“Yanğın Nikoloyamskaya küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*