“Barsa”ya çempionluq yolunda ağır zərbəbackend

"Barsa"ya çempionluq yolunda ağır zərbə

Futbol üzrə İspaniya çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Barselona” səfərdə “Selta Viqo”nun qonağı olub.

KONKRET.az xəbər verir ki, gərgin keçən qarşılaşmada tərəflər hər biri iki qol vuraraq heç-heçə ediblər. Kataloniya klubunun qollarının hər ikisini uruqvaylı hücumçu Luis Suarez (20, 65) vurub. Meydan sahiblərinin heyətində isə Fedor Smolov (50) və İaqo Aspas (88) fərqləniblər.

Günün digər matçında isə “Atletik Bilbao” “Malyorka”nı 3:1 hesabı ilə məğlub edib.

Bu oyundan sonra “Barselona” klubu turnir cədvəlində 69 xalla birinci pillədə qərarlaşıb. Ondan bir oyun az keçirmiş “Real Madrid” komandası 68 xalla ikincidir.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*