“Barselona” heyətinə yeni futbolçu cəlb edib.
KONKRET.az klubun “Facebook” hesabına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Rasinq”in yarımmüdafiəçisi Pabo Torre ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Bu transfer “Barselona”ya 5 milyon avroya başa gəlib.
Beləliklə, 19 yaşlı ispan oyunçu yay transfer pəncərəsində “Barselona”ya keçən ilk futbolçu olub.