Rusiya Federasiyasının Mordova Respublikasında Atyaşevskaya rayon xəstəxanasının baş həkimi Aleksandr Borisov Leninski Məhkəməsinə gətirilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı baş həkim müəyyən “xidmətlərə” görə rüşvət almaqda ittiham olunur.
Mordova Respublikasının İstintaq Komitəsi faktla bağlı “rüşvətalma” maddəsi ilə cinayət işi açıb.
İstintaqın məlumatına görə, Borisov iş adamı Yevgeni Biryukovdan stomatologiya kabinetini icarəyə götürdüyünə görə hər ay 15 min rubl alıb.
Ümumilikdə, iş adamı onun hesabına 165 min rubl köçürüb.
Məlumata görə, Borisov 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Qeyd olunub ki, Yevgeni Biryukov “Saranski”nin direktoru Vladislav Biryukovun qardaşıdır.
İqbal Rzayev,
KONKRET.az