İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə İƏT-in “Twitter” hesabında məlumat verilib.
“Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağl başsağlığı verir.
Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayır.
O, 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesinə və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsinə istinad edib hansı ki, bu sənədlər işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi qiymətləndirib”.