Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.
Müşavirə zamanı proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilib.
Bu yazımı silməməyi xahiş edirəm. Bakı, Üzeyir Hacıbəyov 19, 12-14 saylı mənzilə sahəsi 5,5 kvadrat metrlik ağır qəzalı vəziyyətdə olan balkonun təcili təmirə, ya da heç olmazsa bərkitmə tədbirlərinə ehtiyacı vardır. Çoxsaylı müraciətlərimə aldığım başdansovdu cavablar insanı pessimizdən başqa heç nə ilə ovundurmur. Belə çoxsaylı iclasların gerçək sonuclarını görmək ümidilə!