“Baş nazir və nazirlər, vaxtınız azdır, bunu etməsəniz, boyunuzu yerə soxum” – Vardanyanbackend

"Baş nazir və nazirlər, vaxtınız azdır, bunu etməsəniz, boyunuzu yerə soxum" - Vardanyan

“Baş nazir və nazirlər, vaxtınız azdır, bunu etməsəniz, boyunuzu yerə soxum”.

KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqvan Vardanyan deyib.

“Əgər dövlət konkret şəxsin işi ilə məşğul deyilsə, o zaman bəzi böyük şeylərdən danışmaq absurddur.

Fraksiya üzvləri bir neçə gün əvvəl Qeqarkunik rayonunun sərhəd kəndlərində olub, vəziyyətlə tanış olub. 13 sentyabr döyüşlərində həlak olan Vaan Akopyanın ailəsinin problemlərini qeydə alıblar.

Ölən əsgərin anası, həyat yoldaşı, həmçinin böyükünün 7 yaşı olan 4 azyaşlı övladı ilə görüşüblər.

Vaan və Naira 2014-cü il avqustun 18-də ailə qurublar, lakin nikahlarını rəsmiləşdirməyiblər. 3 aydır ki, ailə bütün bu bürokratik rəftarın öhdəsindən gələ bilmir və qanunda nəzərdə tutulmuş kompensasiyanı ala bilmir.

Baş nazir, müdafiə naziri, ərazi idarəetmə və infrastruktur naziri, qubernator, yolka işıqlarından və Avroviziyadan əl çəkin. Kreslolarınızdan qalxın və ölən hərbçilərin ailələrinə baş çəkin, qarşılarında baş əyin və problemlərini tez həll edin. Sizin çox vaxtınız yoxdur, bunu etməsəniz, boyunuzu yerə soxum”, – deyə Vardanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*