“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradıldı – QƏRARbackend

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradıldı - QƏRAR

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib.

Baş nazirin digər qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib

Müəyyən edilib ki, Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edir və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.

Fondun saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən bu Qərarın 4.1-ci bəndində qeyd edillən vəsait, eləcə də Fondun fəaliyyətindən əldə edilmiş digər vəsait hesabına maliyyələşdirlir.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu ötən ilin iyulun 14-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*