Baş Nazirin bir cümləsi ölkədə gündəm oldu – Ona deyilməyən söz qalmadıbackend

Baş Nazirin bir cümləsi ölkədə gündəm oldu - Ona deyilməyən söz qalmadı

Rusiyanın Baş Naziri Dmitri Medvedev verdiyi açıqlama ilə ölkədə gündəm olub.

KONKRET.AZ “timeturk.com”a istinadla xəbər verir ki, Medvedev “Rossiya 24” kanalında illik büdcənin müzakirəsi zamanı çıxış edib. O, çıxışında hələ 2 yaşında olarkən oxumağı öyrəndiyini söyləyib:

“Mən 2 yaşımda olarkən oxumağı öyrəndim. Amma anam və atam məcbur etdiyi halda əlimə kitab alırdım”.

Baş Nazirin bu açıqlaması sosial mediada böyük reaksiyalara və insanların şərhlərlə dolu münasibətinə səbəb olub və məsələni getdikcə böyüdüb. Hətta “Moskovski Komsomolets” qəzeti mütəxəssis psixoloqlara müraciət edib. Yuliya Qaydova adlı psixoloq “Mən 20 illik iş təcrübəmdə belə bir şey görməmişəm. Uşağın oxumağı öyrənməsi üçün bəzi vacib psixoloji məqamların yaranması lazımdır. Uşaq 2 yaşında ancaq danışmağı öyrənə bilər” açıqlamasını verib.

Bundan başqa psixoloq oxumağı belə izah edib: “Oxumaq kitabda yazılanların mexaniki şəkildə təkrar edilməsi deyil, eyni zamanda oxuduğunuzu anlamaqdır. 2 yaşında olan uşaq nəyi anlaya bilər? Təkrar edirəm, belə bir şey görməmişəm”.

Sosial mediada yazılan ən mülayim şərh isə belə olub: “Medvedev sualı səhv anlayıb; oxumağa deyil, deyəsən danışmağa başladığı yaşı söyləyib”.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*